Tədqiqat və işlənmələrin aparılmasında laboratoriya analizləri, sınaq, ölçü və başqa növ işləri yerinə yetirir.
Təsdiq olunmuş iş proqramlarına uyğun olaraq tədqiqat prosesinə lazım olan materialların toplanmasında və işlənməsində iştirak edir. Laboratoriya avadanlığının saz olmasına diqqət yetirir, avadanlığı (cihazları, aparatları) təcrübələr aparılması üçün hazırlayır, təlimata və digər texniki sənədlərə uyğun olaraq sazlığını yoxlayır.
Sadə tənzimləmə işlərini yerinə yetirir, təcrübələrin yerinə yetirilməsində iştirak edir.
Hazırlıq işlərini, köməkçi əməliyyatları həyata keçirir, müşahidələr aparır, cihazların göstəricilərini qeydə alır, iş jurnalını aparır.
Elmi müəssisə və təşkilatın struktur bölmələrinin əməkdaşlarına iş üçün avadanlıqları ayırır, onları material və reaktivlərlə təchiz edir. Metodiki materiallara uyğun olaraq təhlil aparır, sınaqları, ölçülərin nəticələrini işləyir, sistemləşdirir və tərtib edir, uçotunu aparır.
Texniki sənədlərdə müəyyən olunmuş tapşırığa uyğun olaraq elmi ədəbiyyat mənbələrindən, məlumat nəşrlərindən məlumatları seçib toplayır.
Aparılan tədqiqat və təcrübələrlə əlaqədar müxtəlif hesablama və qrafik işləri yerinə yetirir.
Şöbənin (bölmənin, laboratoriyanın) yerinə yetirdiyi işlər üzrə texniki sənədlərin tərtibində və hazırlanmasında iştirak edir.